2 Aralık 2021 Perşembe

Apple tamamilə pilotsuz elektromobili 2025 - ci ildə satışa çıxartmağı planlaşdırır .

 

Apple şirkətinin planları ilə yaxından əlaqəli olan şəxslərin sözlərinə əsasən şirkət öz elektromobilinin yaradılması prosesini sürətləndirməyə nail olmaq istəyir. Bundan əlavə olaraq yeni məlumata əsasən Apple elektromobili tamamilə pilotsuz etmək niyyətindədir. Son bir neçə il ərzində şirkət Project Titan adlı layihə çərçivəsində həm tam avtopilot sistemli elektromobillərin, həm də məhdud imkanlara sahib avtopilot sistemli elektromobillərin istehsalını nəzərdən keçirdib. Məlumata əsasən isə indi Apple mühəndisləri öz diqqətlərini tam avtopilot sistemli elektromobilə yönləndiriblər. Bu barədə Bloomberg saytı xəbər verib. Məlumatda qeyd edilib ki, mühəndislər Kevin Lynch-in rəhbərliyi altında çalışırlar. Bu şəxs daha öncə Apple Watch üçün proqram təminatının yaradılması şöbəsinə rəhbərlik edib. Anonim şəxslərin sözlərinə əsasən məhz Kevin Lynch tam avtopilot sistemli elektromobilin yaradılmasında israr edib. Bu, Apple şirkətinin avtomobil şöbəsində baş vermiş son dəyişiklikdir.

Hiç yorum yok:

Yorum Gönder

C# haqqında məlumat

C# (C Sharp) - Microsoft.Net platformu ilə birlikdə təqdim olunan C ailəsinə aid obyekt yönümlü proqramlaşdırma dillərindən biridir