2 Aralık 2021 Perşembe
MediaTek dünyanın ilk 4 nanometrlik prosessoru olan Dimensity 9000 - i təqdim edib .
MediaTek şirkəti Dimensity 9000 adlı yeni flaqman prosessorunu təqdim edib. Yüksək səviyyəli performansdan əlavə olaraq sözügedən prosessor yeni naqilsiz şəbəkə standartlarının, 320 MP-ə kimi kamera obyektivlərinin və geniş qrafik imkanların dəstəklərini əldə edib. MediaTek Dimensity 9000 prosessoru Arm v9 mikroarxitekturasının bazası əsasında hazırlanıb və o, dünyanın ilk 4 nanometrlik prosessorudur. Bu prosessor TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında istehsal edilib. Beləliklə Dimensity 9000 modeli özündə 3.05 GHz tezlikdə çalşan 1 ədəd yüksək performanslı Cortex-X2 nüvəsini, 2.85 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A710 nüvəsini və 1.8 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A510 enerji effektivliyi nüvəsini birləşdirir. Prosessorun qrafik özəlliklərindən 10 nüvəli Arm Mali-G710 qrafik çipi cavabdehdir. Bundan əlavə olaraq prosessorun qrafik çipi süni zəka tapşırıqlarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş 6 ədəd ayrıca nüvəyə sahibdir.
Kaydol:
Kayıt Yorumları (Atom)
C# haqqında məlumat
C# (C Sharp) - Microsoft.Net platformu ilə birlikdə təqdim olunan C ailəsinə aid obyekt yönümlü proqramlaşdırma dillərindən biridir
-
Cənubi Koreyanın paytaxtı Seulda yerləşən uşaq bağçalarında robotlar təhsil bələdçiləri rolunda da çıxış etməyə başlayıblar. Beləliklə smart...
-
TryParse methodundan istifadə. string s = "25"; bool b=int.TryParse(s,out int a); Console.WriteLine(b); Burada out keyword -du str...
-
Kimyaterapiya xərçəng xəstəliyinin bir çox növünü uğurla müalicə etməyə imkan verir. Lakin bu müalicə üsulu zamanı istifadə edilən dərmanl...
Hiç yorum yok:
Yorum Gönder